Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə birlikdə bu işlərdə iştirak edir.
7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk telekanalına müsahibəsində deyib.
“Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”, – İlham Əliyev bildirib.
Follow @7timesaz