“Biz şirlər kimi öz evimiz üçün döyüşürük”.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Şabat” (yəhudilərdə 6-cı gün) ərəfəsində xalqa müraciətində deyib.
“Bu, hələ başlanğıcdır. Biz HƏMAS-ı məhv edəcəyik. Düşmənlərimizin dəhşətli hərəkətlərini heç vaxt unutmayacaq və bağışlamayacaq”, – deyə Netanyahu bildirib.
O, həmçinin bildirib ki, İsrail HƏMAS-a qarşı mübarizədə həm ictimai rəydə, həm də ABŞ-dən hərbi yardımda əhəmiyyətli beynəlxalq dəstək əldə edib.
Follow @7timesaz