Gündəm

Blinken Çavuşoğlu ilə zəlzələnin fəsadlarının aradan qaldırılmasını müzakirə edib

Blinken Çavuşoğlu ilə zəlzələnin fəsadlarının aradan qaldırılmasını müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken telefonla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışaraq, zəlzələnin fəsadlarının aradan qaldırılmasını müzakirə edib.

“Report” xəbər verir ki, ABŞ rəsmisi bu barədə tviterdəki hesabında yazıb.

O, qeyd edib ki, Türkiyənin xarici işlər naziri ilə Birləşmiş Ştatların zəlzələnin nəticələrinin aradan qaldırılması səylərinə dəstəyi haqqında danışıb.

“Biz Türkiyə və Suriyadakı qurbanlara kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, – Blinken sosial şəbəkə hesabında qeyd edib.