Bolqarıstanın paytaxtı Sofiya şəhərində Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfər həbs edilib.
7times.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bolqarıstanın Milli Televiziyası bildirib.
Televiziyanın məlumatına görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.
Bununla yanaşı, televiziya şirkəti qeyd edib ki, həbsi hələ nə Bolqarıstanın Prokurorluğu, nə Daxili İşlər Nazirliyi təsdiqləyib.
Follow @7timesaz