İdman

“Borussiya”ya ÇL finalını uduzmaq sərf edəcək

“Borussiya”ya ÇL finalını uduzmaq sərf edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dortmund “Borussiya”sı Çempionlar Liqasının finalında “Real”la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi həlledici qarşılaşmanı uduzduğu halda daha çox pul qazanacaq. Buna səbəb isə Cud Bellinqemin “arılar”dan “kral klubu”na keçidi olub. Belə ki, dortmundlular ÇL qazanacağı təqdirdə 20 milyon, lakin “Real” qalib olduğu halda 25 milyon avro qazanc əldə edəcək. Buna Bellinqemin müqaviləsindəki “ÇL qazanılarsa “Borussiya”ya 25 milyon bonus ödəniləcək” bəndi səbəb olub.