Aktual

Boşanma, toy və qeyri-qanuni uşaqlar: Vladimir Jirinovskinin şəxsi həyatı necə olub?

Boşanma, toy və qeyri-qanuni uşaqlar: Vladimir Jirinovskinin şəxsi həyatı necə olub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun həmkarları bu gün deyirlər ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin ölümü ilə bütöv bir dövr arxada qaldı. Siyasətçi aprelin 6-da, 76 yaşında Moskva xəstəxanasında vəfat edib.

Müasir Rusiya siyasətinin bütün tarixi onun adı ilə bağlıdır. Liberal Demokrat Partiyasının lideri 30 ildən artıqdır ki, cəmiyyətin və mətbuatın diqqət mərkəzində qalırdı – o, qalmaqal edirdi, ifadələrindən çəkinmirdi.

O, həmişə öndə olub, bütün həyatını işə həsr edib, ailəsi kölgədə qalıb. Evdə bütün ömrünü birlikdə yaşadığı həyat yoldaşı onu gözləyirdi.

7Times.az  Jirinovskinin şəxsi həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Bir toy, bir boşanma

Vladimir Jirinovski gəncliyində, 1967-ci ildə Qalina Lebedeva ilə tanış olub. Sonra birlikdə Pitsundadakı gənclər düşərgəsində dincəlməyə gediblər. Qarabuğdayı qız gələcək siyasətçini dərhal bəyənib.

Kurort romantikası evdə, Moskvada davam edib, tez-tez görüşüblər və 1970-ci ildə Qalina evlilik təklifi alıb. Qızın seçiminə şübhə etməməsi üçün Jirinovski nazir olmağa söz verib. O, nazir ola bilməsə də, amma siyasi olimpin ən zirvəsinə yüksəlib.

1971-ci ildə cütlük evlənib və bir il sonra onların ilk övladı İqor dünyaya gəlib. Dərhal qərara gəliblər ki, sonradan atasının oğluna karyerasında kömək etməsi ilə bağlı söz-söhbət olmasın deyə oğlana anasının soyadı verilsin.

Evlilik səkkiz il davam edib və sonra sanki ildırım vurub: cütlük boşanmaq üçün ərizə vermək qərarına gəlib.

Ayrılıq yüksək səs-küylə olub, qadın əmlakın bölünməsi üçün məhkəməyə müraciət edib. Məqsədi ərinin Moskvadakı mənzilini ələ keçirmək olub.

Boşandıqdan sonra Qalina oğlu ilə mübahisəli mənzildə yaşayıb və siyasətçi oğlunu ziyarət edə bilib. Lakin zaman keçdikcə fikir ayrılıqları səngiyib, yenidən eyni dam altında yaşamağa başlayıblar.

Ər və arvad yenidən qeydiyyat şöbəsinə getməyiblər, lakin onlar bütün həyatlarını birlikdə yaşayıblar və birlikdəki həyatlarının 25-ci ildönümündə evləniblər.

Sevgi olubmu?

Onlar yarım əsr birlikdə yaşayıblar,  boşanmadan sonra artıq ayrılmayıblar. Qalina Lebedeva müsahibəsində dəfələrlə ərinin işi ilə bağlı çılğın və qalmaqallı olduğunu, evdə isə mülayim və üzüyola olduğunu söyləyib. O, heç vaxt pis söz demir və toyuq kotletini çox sevirmiş – qadın ərinin ürəyinə bu yolu çoxdan tapıbmış.

Vladimir Volfoviç də həyat yoldaşı haqqında yalnız hörmətlə danışırdı. Baxmayaraq ki, çoxları cütlüyün həqiqətən bir-birini sevdiyinə çoxdan şübhə edirdilər.

Hər şeyin səbəbi isə siyasətçinin davranışı idi. O, xoşuna gələn qadına kompliment söyləmək fürsətini əldən verməyib və qeyri-qanuni övladları haqda açıq danışıb. Qalina Aleksandrovnadan bu məsələ ilə bağlı heç bir açıqlama gəlməyib.

Nikahdankənar uşaqlar

Liberal Demokrat Partiyasının lideri qeyri-qanuni övladlarını gizlətməyib, hər kəsə  etiraf edib, köməklik edib.

İlk qeyri-qanuni oğlu 1986-cı ildə ortaya çıxıb. Bundan bir qədər əvvəl siyasətçi Kubada olub və orada osetin Janna Qazdarova ilə görüşüb. Güclü bir romantika qızın hamilə qallmasına səbəb olub. O, Oleq adlı bir oğlan dünyaya gətirib.

Siyasətçinin varisi atasını tez-tez görməyib və maddi cəhətdən ondan asılı olmamağa çalışıb, baxmayaraq ki, Vladimir Volfoviç heç vaxt köməkdən imtina etməyib.
Sonradan məlum olub ki, siyasətçinin nikahdankənar qızı da var. O, təsadüfən onun haqqında danışıb.

Bir dəfə Vladimir Volfoviç qızın elmdəki uğuru ilə öyünüb. Jurnalistlər siyasətçinin kiminlə bu qədər fəxr etdiyini soruşmağa başlayıblar. Bunun qızının ata üçün qüruru olduğunu etiraf etməkdən başqa çarəsi qalmayıb.

Qızın adı Anastasiya Petrovadır, 1983-cü ildə anadan olub. Lakin siyasətçi onun anası ilə münasibətlərinin tarixini gizlətməyə üstünlük verib.

Varis

Siyasətçinin yeganə qanuni varisi – İqor Lebedev atasının yolu ilə gedir. 2016-cı ildə Vladimir Volfoviç hətta oğlunun Rusiya prezidenti ola biləcəyini bəyan etmişdi.

Lebedev Dövlət Dumasının deputatı idi və 2021-ci il seçkilərində namizədliyini geri götürüb, siyasi karyerasını bitirmək qərarına gəlib.

Vladimir Jirinovski və oğlu İqor Lebedev

Bu zaman onun adı ətrafında çoxlu qalmaqallar yaşanırdı – səs-küylü qəza və seçicilərlə görüşlər əvəzinə Mayamiyə səfər.

2020-ci ildə deputat Lebedev yaz sessiyası zamanı Dövlət Dumasında səsvermələrin 95,35 faizində iştirak etməyib və iclaslardan  yayınanlar arasında birinci yeri tutub.

İqor Lebedev evlidir və üç oğlu var. Böyüklər əkizdir, İsveçrədə təhsil alırlar.lent az