Dünya

Britaniya Baş naziri cərimələndi

Britaniya Baş naziri cərimələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadığı üçün cərimələnib.

7Times.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Cərimə Sunakın təhlükəsizlik kəmərini taxmadan sərnişin oturacağına əyləşdiyi üçün yazılıb.

Cərimənin məbləği məlum deyil. Britaniya qanunvericiliyə görə, oxşar xətalar üçün 100-500 funt-sterlinq cərimə tətbiq edilir. Bundan əvvəl Baş nazir kəməri taxmadığı üçün üzr istəyib.