Dünya

“Britaniya əsgərləri Ukraynaya gəlsələr…” –  İqor Korotçenko

“Britaniya əsgərləri Ukraynaya gəlsələr…” –  İqor Korotçenkobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin nəzarətində olan kanalın yayımladığı son görüntülər səs-küyə səbəb olub.

7Times.az  bildirir ki,  “Newsweek”in məlumatına görə, rusiyalı jurnalist İqor Korotçenko canlı yayımda Britaniyanın müharibəyə qoşulacağı təqdirdə vurulacaq hədəflərini açıqlayıb.

Rus jurnalist qeyd edib ki, belə bir ssenaridə Rusiya hipersəs raketləri ilə İngiltərə hökumətinin mərkəzi kimi tanınan “Whitehall”u  və Britaniya ordusunun qərargahını vura bilər.

“Rusiya İngiltərə ilə müharibə istəmir. Ancaq Britaniya əsgərləri Ukraynaya gəlsələr və Rusiya silahlı qüvvələrinə qarşı müharibəyə başlasalar, biz istənilən addımı atmaq hüququnu özümüzdə saxlayırıq”.

Qeyd edək ki, daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini dərc edən rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlamışdı.