İdman

Britaniya səfiri: “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!” – FOTO

Britaniya səfiri: “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.

7times.az-ın məlumatına görə, Şarp Londondakı “Uembli” stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib. Şarp “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!” yazıb.

Bu gün keçiriləcək İngiltərə – Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.