Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu parlamentə ratifikasiya olunmağa göndərməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bir müddət əvvəl Ermənistan səfirinin XİN-ə çağırıldığını və səfirə bu və rəsmi İrəvanın qəbul etdiyi digər qeyri-dost addımlar barədə etiraz bildirildiyini xatırladıb.
“Bu qeyri-dost addımlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun parlamentdə ratifikasiya olunması üçün göndərilməsi olub. Biz öz qiymətləndirməmizi vermişik. İrəvanın motivasiyasının qiymətləndirilməsi, izah olunması bizim tərəfimizdən deyil, Ermənistan tərəfindən olmalıdır. Onlar nə səbəbə, niyə görə bunu edirlər? Onu da deyim ki, onlar öz qiymətləndirmələrini təqdim ediblər. Lakin biz bu cür addımlara qeyri-dost addım kimi baxırıq. Bu barədə də dəfələrlə demişik, erməni həmkarlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsi ilə demişik. Lakin artıq hansısa mərhələdə, ictimai sferada deməyə başladıq. Ona görə ki, suallar çoxalır. Çünki Ermənistan tərəfi bu addımların bizdə ədalətli suallar doğuracağını başa düşürdü”, – o qeyd edib.
Follow @7timesaz