Sağlamlıq

Bu cür dondurmalar ölümə səbəb ola bilər – “İşbazlar məsuliyyətə cəlb edilməlidirlər”

Bu cür dondurmalar ölümə səbəb ola bilər – “İşbazlar məsuliyyətə cəlb edilməlidirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dondurma riskli qidadır və istehsalatdan marketlərə dərin dondurucu ilə təmin olunmuş maşınlarda çatdırılması vacibdir”.

Bunu Sfera.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov  deyib. Müsahibimiz qeyd edib ki, marketə gəlməmişdən öncə dondurma istehsal edən sexlərdə dərindən sanitar gigiyena qaydalarına riayət olunması mütləqdir:

“Sexlərdə dondurma istehsal edən avadanlıqların, hər gün iş bitdikdən sonra və ya iş zamanı qida qalığı ilə çirklənməsi baş verdiyi təqdirdə təmizlənməsi də mütləqdir. Bu kimi qanunlardan yayınan və məsuliyyətsiz işləyən sexlərin birmənalı olaraq xəbərdarlıq edilmədən bağlanması təmin olunmalıdır. İnsan həyatını riskə atan bu cür işbazlar da məsuliyyətə cəlb edilməlidir”.

Ekspert bildirib ki,  marketlərdə saxlanma şəraiti heç ürəkaçan deyil:

 

“Ümumiyyətlə nəzarət sisteminin sıfır olması və özbaşınalıqlar insanların həyatı bahası başına gəlir ki, bu da ən azından zəhərlənmə ilə nəticələnir.  Bəzi marketlərin generator ilə təmin olunmaması, yəni elektrikin getməsi nəticəsində, donmuş məhsulların donunun açılması və elektrik təmin olunandan sonra yenidən donması da ağır zəhərlənmələrə yol açır. Hələ qapağı aralı qalan dondurucuları demirəm. Bir sözlə, istehsaldan istehlakçıya sağlam qida ötürülməsi vacibdir. Burda da məsuliyyət birbaşa həm istehsalçıların, həm də marketlərin üzərinə düşür. Əks təqdirdə qida zəncirində buraxılan kobud səhv nəticəsində insanlar zəhərlənə və ya ölümlə ilə üz-üzə qala bilərlər”.