İdman

Bu futbol klubunun 30 üzvündə koronavirus aşkarlandı

Bu futbol klubunun 30 üzvündə koronavirus aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Portuqaliya çempionatında çıxış edən “Moreyrense” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

7times.az xəbər verir ki, komandanın 21 futbolçusunun testi müsbət nəticələnib.

Bundan əlavə, baş məşqçi və texniki heyətin bütün üzvlərində infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub və ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib.

“Moreyrense” çempionatda “Pasuş de Ferreyra” ilə matçın təxirə salınmasını tələb edib.

Qeyd edək ki, qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlamalıdır. /Report