Aktual

“Bu gün Mariupolda dinc əhali Türkiyənin sayəsində xilas edilir?!” “Ayıb olsun, cənab Piontkovski!…”

“Bu gün Mariupolda dinc əhali Türkiyənin sayəsində xilas edilir?!” – “Ayıb olsun, cənab Piontkovski!…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin rejiminin hakimiyyətdə olduğu illərdə tutudğu əməllərdə Rusiya müxalifətinin nümayəndələrinin böyük məsuliyyət payı var. Onlardan biri də Türkiyəyə nifrət edərək, onu Prezidentini təhqir edən Andrey Piontkovskidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Ramiz Yunus sosial şəbəkədəki hesabında yazıb.

2014-cü ildən bu günə qədər Ərdoğan Ukraynanı hərbi-siyasi baxımdan dəstəkləyib, Türkiyə BMT-də Rusiya əleyhinə səs verib, Ramştayn görüşündə ortaya iradə qoyub və s.”,-deyə təhlilçi vurğulayıb.

R.Yunus daha sonra Andrey Piontkovskiyə suallar ünvanlayıb: Cənab Piontkovski, diliniz çıxan kimi Türkiyə Prezidentini təhqir etməyə başlayırsız, bu gün Mariupolda, “Azovstal” ərazisindən dinc əhali kimin sayəsində xilas edilir? Əvvəlcə bu təxribatçı erməni kanalında analoji tezisləri Ukraynanın keçmiş daxili işlər naziri Avakov səsləndirmişdi, indi də bunu siz edirsiniz. Görəsən, niyə erməni jurnalist sizi və Avakov kimiləri Türkiyəni ləkələməyə dəvət edir? Yoxsa, Ukraynaya münasibətdə Türkiyə ilə Ermənistan arasında fərq görmürsünüz? Ekspertin nəyisə arzulamağa haqqı varmı? Ayıb olsun, cənab Piontkovski!”