Xaçmazda Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Babayev Rauf Fəxrəddin oğlunun anım mərasimi keçrilib.
7times.az xəbər verir ki, Anım mərasimində şəhidin yaxınları, şəhid anaları, qazilər, mədəniyyət işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər. Şəhidin anım günüylə bağlı ailəsi və məzarı ziyarət olunub, ruhuna dualar edilib.
Qeyd eldək ki, Babayev Rauf Fəxrəddin oğlu 5 iyun 2001-ci ildə Xaçmaz şəhərində anadan olub.
Raufun on yaşı olarkən atası vəfat edib. Ailəni tək oğul övladı, üç bacının tək qardaşı və subay idi.
O, 2007-ci ildə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib.
22 iyul 2019-cu ildə Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətə Goranboy rayonunda yerləşən ”N” saylı hərbi hissədə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Rauf Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Rauf Babayev 1 oktyabr 2020-ci ildə Tapqaraqoyunlu-Ağdərə istiqamətində gedən şiddetli döyüşlərdə şəhidlik zirvəsinə ucaldıb.
O, itkin düşmüş hərbiçilərimizdən biri idi. Raufun nəşi 65 gündən sonra torpaqdan çıxarılaraq DNT analizi ilə şəxsiyyəti müəyyənləşdirilib.
Rauf Babayev 6 dekabr 2020-ci il də Xaçmaz rayonunun Qarqurdlu kənd qəbirstanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Babayev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Müşfiq Qərib
Follow @7timesaz