Bu gün Rusyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
7times.az xəbər verir ki, görüş V.Putinin təşəbbüsü ilə baş tutacaq.
Görüşdə tərəflərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəkləri gözlənilir. Bundan başqa, regionda sabitliyin möhkəmlənməsi üçün atılacaq növbəti addımlar da gündəm mövzusudur. /Qafqazinfo.az
Follow @7timesaz