İqtisadiyyat

Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edildi

Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı fərmana əsasən, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

7times.az xəbər verir ki, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilib.

Bundan başqa, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.