“Qərbin Ukraynaya silah tədarükü Rusiya ilə münaqişənin sonunu yaxınlaşdıracaq”.
7Times.az bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur. Bu proses Rusiyaya göstərməlidir ki, o, xüsusi əməliyyat zamanı öz məqsədlərinə nail ola bilməyəcək”, deyə Stoltenberq əlavə edib. O həmçinin vurğulayıb ki, Rusiyanı gözardı etmək olmaz.
Qeyd edək ki, bundan əvvəl NATO Kiyev və Moskva arasında münaqişənin uzun müddət davam edə biləcəyindən ehtiyat edirdi.
Follow @7timesaz