Maraqlı

“Bu qədər populyar olacağımı gözləmirdim” – Zelenski

“Bu qədər populyar olacağımı gözləmirdim” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada populyarlığım qətiyyən məni ruhlandırmır. Çünki mən bu populyarlığın qiymətinin nə olduğunu dəqiq bilirəm, qiyməti isə müharibədir.

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xarici mediaya müsahibəsində deyib.

“Müharibə, nəticəsini bildiyimiz kimi, dünya müharibəsinin nə olduğunu və necə olduğunu bilirik. Ukraynadakı müharibə ukraynalılara böyük kədər gətirdi”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, o, dünyada bu qədər məşhur olacağını gözləmirdi.

“Ona görə də, mən qətiyyən belə bir nəticə gözləmirdim. Düşünürəm ki, mənim yerimə Ukrayna xalqı tərəfindən seçiləcək istənilən prezident məhz belə olmalıdır, xalqın yanında olmalıdır və mən də ona görə varam”, – deyə Ukrayna lideri vurğulayıb.