Cəmiyyət

Şabranda bərbər və müştəriləri cərimələndi

Şabranda bərbər və müştəriləri cərimələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda karantin rejimini pozan şəxslər cərimə olunublar.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan 7times.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi F.Məmmədov və orada olan 10 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunan qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilən digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən bərərxana aşkarlanıb. Obyektə baxış zamanı salonda bərbər və müştərilərin olduğu aşkar edilib.

Karantin rejimi qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib.