Ölkə

Bu rayonlarda qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!

Bu rayonlarda qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə 7Times.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.