Aktual

“Bu tələbələrin özəl təyyarələri yoxdur ki, AZAL-ın quyruğuna qoşub uçsunlar”

“Bu tələbələrin özəl təyyarələri yoxdur ki, AZAL-ın quyruğuna qoşub uçsunlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müvafiq dövlət qurumu tərəfindən xaricdə təhsil almağa gedən Azərbaycan vətəndaşı olan  imkansız tələbələrin təcili qeydiyyatı aparılmalı və onların təyinat məntəqəsinə qədərki optimal bilet pulununun ən azı 50 faizi hökumət tərəfindən ödənməlidir. Söhbət təhsildən gedirsə, fədakarlıqdan boyun qaçırmaq olmaz”.

7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

“Bilet inhisarçısının qəlbinə dəymək mümkün deyil, bir də gördün bəddua etdi, hamımızı ildırım vurdu. Heç olmazsa, minlərlə tələbənin qəbul olduğu və ya oxuduğu ali məktəbə vaxtında gedib yetişməsinə yardım edilməlidir. Quru yollar bağlı, təyyarədən başqa alternativ qalmayıb. Bu tələbələrin də özəl təyyarələri yoxdur ki, AZAL təyyarələrinin quyruğuna qoşub uçsunlar. Bunu ən azı Türkiyə və Gürcüstan üzərindən uçuşlara aid etmək olar. Ya da buyurub məhz tələbələr üçün quru sərhədi müvəqqəti açsınlar ki, az məsrəflə Türkiyəyə və ya Gürcüstana gedib oradan lazımi yerə uça bilsinlər”, – deputat qeyd edib.