İdman

“Bu vəziyyət heç kimi maraqlandırmır” – Qurban Qurbanov

“Bu vəziyyət heç kimi maraqlandırmır” – Qurban Qurbanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər məşqçinin işidir ki, komandasının yanında olsun. Bu gün uğursuzluq vəziyyətindən birlikdə çıxmalıyıq”.

7times.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”yə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, “Neftçi”ni də təbrik edib:

“Füzuli Məmmədovu və komandasını təbrik edirəm. Mübarizə aparıb 3 xal qazandılar”

– Milli komandaya görə yaranan fasilədən sonra “Qarabağ” 3 oyunda qələbə qazana bilməyib…

– Əgər Avroliqanın qrupuna düşsək, çox sıx qrafik olacaq. Millidə çıxış edən oyunçular əziyyət çəkəcəklər. Əvvəlki vaxtlarda heyətimiz geniş idi və rotasiyalar edirdik. İndi isə durum fərqlidir. Zubir zədəli, Romero zədəlidir. Bunlar problem yaradır. Milli komandaya görə fasilədən sonra bütün komandaların oyunun ritmində problem olur. Hər bir halda bizim üçün bu matça hazırlaşmaq ağır idi. İlk hissədə hər şey qaydasında idi. Lakin getdikcə o tempi saxlaya bilmədik. Hər iki komanda yoruldu, lakin biz daha çox yorulduq. Səfərdə 120 dəqiqə oyun keçirmişdik. Heç kimi maraqlandırmır ki, biz nə etmişik. Rəqib haqlı qələbə qazanıb. Onları təbrik edirik.

– “Qarabağ” hücumçu alacaqmı?

– Bu gün təkcə hücumçuya yox, bir neçə mövqedə oyunçuya ehtiyac var. Bəzən düşünürük ki, Qurban Qurbanov prinsipallıq apararaq hücumçu almır. Dəfələrlə komandaya hücumçu gəlib. Bu gün Zubir və Romero olsaydı, vəziyyət fərqlidir. Onlara hücumçu kimi baxıram. Mahirin psixoloji durumunun aşağı və kiçik zədəsinin olması, forvarda ehtiyac olduğunu göstərirdi. qafqazinfo