Sağlamlıq

“Bunu yeyib arıqlayacaqsanız” – Dietoloqlar niyə aldadır?

“Bunu yeyib arıqlayacaqsanız” – Dietoloqlar niyə aldadır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günümüzün ən böyük problemlərindən biri də artıq çəki və piylənmədir. Xüsusən də, fast food, şəkərli içkilər və oturaq həyat tərzi səbəbilə bu hal uşaqlarda daha çox müşahidə edilir. Türkiyəli Uşaq Sağlamlığı və Xəstəlikləri Uşaq Kardiologiyası Mütəxəssisi Selami Süleymanoğlu valideynlərə pəhriz xəbəbrdarlığı edib.

Piylənmənin böyüklər və uşaqlıqda ən mühüm sağlamlıq təhdidlərindən biri olduğunu deyən professor bildirib ki, piylənmə artıq xroniki bir xəstəlikdir. Ürək-damar xəstəliklərindən hipertoniyaya, şəkərli diabetdən endokrin xəstəliklərə qədər hər cür problemə səbəb olur. Piylənmə ilə bağlı sağlamlıq problemləri uzun müddət ərzində meydana gəldiyi üçün bu zaman diqqətdən kənarda qalır. Amma bu gələcəkdə səhiyyə sisteminə böyük yük qoyacaq. Bunu indi o qədər dərk etməməyimizin səbəbi odur ki, problemlər çox uzun zamandan sonra ortaya çıxır.

Artım sürəti dəyüksəlir. Piylənmə problem genetik və hormonal səbəblərə görə yetkin insanlarda da çox rast gəlinir. Ən əsası bu təhlükənin fərqində olmaq və piylənmənin artmasına nəzarət etmək lazımdır.

Mütəxəssisin sözlərinə görə, pəhriz zamanı adətən bu qidaları yemək lazımdır deyilir. Amma tamamilə yanlışdır. Arıqlamaq bir və ya bir neçə qida kifayət etmir. Arıqlamaq üçün mütləq qida miqdarını azaltmaq vacibdir. Piylənmə istehlak edilən kaloridən, çox yeməkdən qaynaqlanır. Tibbi məlumatlarda heç vaxt deyilmir ki, yediyiniz bir şeyə görə arıqlayırsınız. Əgər kimsə sizə bunu yesəniz arıqlayacaqsınız deyirsə, bilin ki, sizi açıq-aşkar aldatmağa çalışırlar. İnsanlar yediklərinə görə deyil, yemədiklərinə görə arıqlayır. Bu səbəbdən qidalanmada miqdarı azaltmalıyıq. Bundan əlavə, fiziki aktivlik mütləq şərtdir. Əlavə olaraq, piylənmənin altında yatan psixogen səbəb aşkarlanaraq müalicə edilməlidir.

Professor qeyd edib ki, əgər bir uşaq 6 yaşında artıq çəkidən əziyyət çəkirsə, bu problem həyatı boyu davam edə bilər. Ona görə də vaxtında bu problemi həll etmək lazımdır.

Saglamolun.Az