İdman

Cahangir Əsgərovun rəhbəri olduğu federasiyada ETİRAZ (FOTO)

Cahangir Əsgərovun rəhbəri olduğu federasiyada ETİRAZ (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdman mütəxəssisləri Azərbaycan Ağır Atletika Federasiyasında etirazlara başlayıb. 

7times.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onların etiraz etməsinə səbəb  federasiyada hesabat-seçki konfransının keçirilməməsidir.

Federasiyanın Nizamnaməsinə uyğun olaraq 4 il müddətinə seçilən AAAF-ın rəhbər  orqanlarının səlahiyyətləri 2020-ci ildə bitib.  Nizamnaməyə əsasən federasiyanın rəhbəri, vitse-prezident və baş katibi yenidən seçilməlidir.

Eyni zamanda 2021-ci ilin mart ayında İstanbulda Beynəlxalq Ağır Atletika federasiyasının hesabat-seçki konfransı keçiriləcək. Artıq quruma daxil olan dövlətlərin hər biri ağır atletika federasiyası seçkisini keçirib və beynəlxalq konfransda iştirak etmək hüququ qazanıb.

Ancaq AAAF seçki keçirmədiyi üçün  bundan məhrum ola bilər.

Bununla bağlı idman mütəxəssisləri Gənclər və  İdman Nazirliyinə, eləcə də federasiya rəhbərliyinə  məktub ünvanlasalar da, cavab ala bilməyiblər.

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərov olsa da, qurumun idarəçiliyinə vitse-prezident Tofiq Heydərov nəzarət edir.

Cahangir Əsgərovun rəhbəri olduğu federasiyadaETİRAZ (FOTO)