Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.
7Times.az xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib.
Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və yarışda çıxışını dayandırıb.
Follow @7timesaz