Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
7times.az-ın məlumatına görə, o, öz tvitter hesabında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun adını işarələyərək bu fikirləri qeyd edib:
“Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü mübarək olsun. Üçrəngli bayrağınla məsud yaşa, çox yaşa, Azərbaycan!”
XİN rəhbəri həmçinin Azərbaycan-Türkiyə dostluğuna dair görüntülər də paylaşıb.
Follow @7timesaz