İdman

Çempionlar Liqasında püşk atılacaq – Bir ilk gerçəkləşəcək

Çempionlar Liqasında püşk atılacaq – Bir ilk gerçəkləşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı vaxtı ilə saat 20:00-da Çempionlar Liqasında liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

7Times.az  xəbər verir ki, bu raundda 36 komanda mübarizə aparacaq və püşk super-kompüter tərəfindən atılacaq. 4 liqa müəyyənləşəcək, hər liqada 9 komanda mübarizə aparacaq və komandalar 4 ev və 4 səfər oyunu keçirəcək. Püşk 1-ci səbətdə qərarlaşan 9 komandaya növbəti səbətdən rəqiblərin seçilməsi ilə başlayacaq və bu, liqalar tamamlanana qədər davam edəcək.

Kompüter hansı oyunların evdə, hansıların səfərdə olmasına da qərar verəcək.

 

Liqaların ilk oyunları 17-18 sentyabr tarixlərində oynanılacaq və son matçlar 29 yanvarda baş tutacaq. Liqa mərhələsini ilk 8 yerdə başa vuran komanda 1/8 finala vəsiqə əldə edəcək. 9-24 yerlərdə qərarlaşan komandalar pley-offda çıxış edəcək. Pley-offda liqanı 9-16 və 17-24 yerlərdə bitirən komandalar üz-üzə gələcək. 24-cü pillədən aşağıda qərarlaşan komandalar isə Çempionlar Liqası ilə vidalaşacaq.

 

Çempionlar Liqasında liqa mərhələsinə yüksələn komandalar aşağıdakılardır:

 

1-ci səbət:

“Mançester Siti”, “Bayern Münhen”, “Real Madrid”, PSJ, “Liverpul”, “İnter”, “Borussiya Dortmund”, “Leyptsiq”, “Barselona”.

 

2-ci səbət:

“Bayer 04”, “Atletiko Madrid”, “Atalanta”, “Yuventus”, “Benfika”, “Arsenal”, “Brügge”, “Şaxtyor”, “Milan”.

 

3-cü səbət:

“Feyenoord”, “Sportinq”, PSV, “Dinamo Zaqreb”, “Zaltsburq”, “Lill”, “Srvene Zvezda”, “Yanq Boys” “Seltik”.

 

4-cü səbət:

“Slovan”, “Monako”, “Sparta”, “Aston Villa”, “Bolonya”, “Jirona”, “Ştutqart”, “Sturm Grats”, “Brest”.