İdman

Çempionlar Liqasının finalında 53 nəfər SAXLANILDI

Çempionlar Liqasının finalında 53 nəfər SAXLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya polisi Çempionlar Liqasının finalının keçirildiyi Londondakı “Uembli” stadionunda 53 nəfəri saxlayıb.

 

7Times.az  xəbər verir ki, bu barədə polisin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat verib.

 

Qeyd olunur ki, 5 nəfər stadiona daxil olub, qalanları isə “təhlükəsizlik tədbirlərini pozmağa” cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta biletlərdən istifadə edərək tribunalara daxil olmaq cəhdlərinin də qarşısını alıb.

 

İyunun 1-də “Real” Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında qalib gəlib. Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə görüş 2:0 hesabı ilə başa çatıb.