İsveçrə millisinin sabiq futbolçusu Cerdan Şakirinin yeni iş yeri bəlli olub.
7Times.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını ölkəsinin “Bazel” klubunda davam etdirəcək.
Məlumatı klubun mətbuat xidməti yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, daha öncə “Bayern Münhen”, Milan “İnter”i, “Liverpul” kimi klublarda oynamış Şakiri son olaraq ABŞ təmsilçisi “Çikaqo Fayr”ın formasını geyinib.
Fanat.Az
Follow @7timesaz