Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə görüşüb.
7Times.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib.
Qeyd edilib ki, COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub.
Follow @7timesaz