Xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
Bu barədə 7times.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Follow @7timesaz