Dünya

Çin uzaqdan zondlama peykini orbitə çıxarıb

Çin uzaqdan zondlama peykini orbitə çıxarıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin “Tianhui 5-02” Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.

7Times.az xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti məlumat yayıb.

Qurğunun buraxılışı Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) dəyişdirilmiş CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. Bu, “Long March” tipli daşıyıcı üçün 527-ci buraxılış olub.

“Tianhui 5-02” coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi tədqiqatlar üçün istifadə olunacaq.

Modifikasiya edilmiş “CZ-6” yeni nəsil ikipilləli ekoloji cəhətdən təmiz raketdir, diametri 4,2 m-dir, uzunluğu 50 m-ə çatır.