Ölkə

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9-10 mart tarixlərində ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən 7Times.az –a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.