Dünya

Çinin əhalisi son 60 ildə ilk dəfə AZALIB

Çinin əhalisi son 60 ildə ilk dəfə AZALIBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb. 

7Times.az xəbər verir ki, ölkənin statistika bürosu 2022-ci ildə Çin əhalisinin 850 min nəfər azalaraq 1,41 milyarda düşdüyünü bildirib.

Ötən il ölkədə doğum sayı 9,56 milyon, ölüm sayı 10,41 milyon olub. Buna görə də əhali sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 850 min nəfər azalıb.

Azalmadan sonra Çinin əhalisi 1 milyard 411 milyon 750 min nəfər olub. 2021-ci ilin sonunda əhalinin sayı 1 milyard 412 milyon 600 min nəfər idi.

Qeyd edək ki, Çin ən çox əhalisi olan ölkədir. Əhali sayına görə ikinci sırada Hindistan dayanır. Bu ölkənin əhalisi 1,375 milyard nəfərdir. Proqnozlara görə, qarşıdakı 5-10 il ərzində Hindistan əhali sayına görə Çini ötəcək.