Sabah 2021/22 mövsümü UEFA-nın Çempionlar Liqası yarışında qrup mərhələsinin tərkibi müəyyənləşəcək.
7Times.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 20.00-da İstanbulda keçiriləcək mərasimdə başlayacaq. Tədbiri veteran futbolçular Andrey Arşavin və Maykl Essyen aparacaq. Səbətlər püşkatmadan əvvəl təsdiqlənəcək.
32 klubun yer alacağı yarışın bu mərhələsində hər birində 4 komanda olmaqla 8 qrup formalaşacaq.
ÇL-in qrupunda iştirakı dəqiqləşən 29 komanda
İngiltərə: “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”
İspaniya: “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyareal”
İtaliya: “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”
Almaniya: “Bavariya”, “RB Leyptsiq”, “Borussiya” Dortmund, “Volfsburq”
Fransa: “Lill”, “Pari Sen-Jermen”
Portuqaliya: “Sportinq”, “Portu” , “Benfika”
Rusiya: “Zenit”
Belçika: “Brügge”
Ukrayna: “Dinamo” Kiyev
Niderland: “Aəks”
Türkiyə: “Beşiktaş”
İsveçrə: “Yanq Boyz”
İsveç: “Malmö”
Daha 3 iştirakçı isə bu gün keçiriləcək pley-offun aşağıda qeyd edilən cavab oyunlarından sonra müəyyənləşəcək:
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Monako” (Fransa)
İlk oyun – 1:0
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şerif” (Moldova)
İlk oyun – 0:3
“Bröndbü” (Danimarka) – “Zalsburq” (Avstriya)
İlk oyun – 1:2