UEFA Çempionlar Liqasında pley-offun cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün doğma meydanda həlledici sınağına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Dinamo Zaqreb” kollektivi ilə üz-üzə gələcək.
Komandalar arasında Zaqrebdə baş tutan ilk oyun “köhlən atlar”ın məğlubiyyəti (0:3) ilə yekunlaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
28 avqust
20:45. “Qarabağ” – “Dinamo” (Zaqreb)
Hakimlər: Maykl Oliver, Stüart Burt, Li Betts, Kris Kavanaq (hamısı İngiltərə).
Tofiq Bəhramov adına Respublika stadionu.
(İlk oyun – 0:3).
“Qarabağ”: 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə
“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin
Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç
Follow @7timesaz