Manşet

COVID pasportu iyuldan tətbiq olunacaq

COVID pasportu iyuldan tətbiq olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq idman-sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet pasportu tələbi nəzərdə tutulur. Bu tələb iyul ayının 1-dən etibarən tətbiq olunacaq”. 

7times.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O bunu nəzərə alaraq həmin obyektlərdə işləmək istəyən vətəndaşları vaksinasiyadan keçməyə çağırıb:

“İyulun 1-dən hansı obyektlərin ki, 80 faiz işçilərinin sənədi yoxdur, onlara xəbərdarlıq ediləcək. Oralar hətta bağlanıla bilər. Bu həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.

Qeyd edək ki, idman zalları iyunun 10-dan açılır.