Çin bir güllə atmadan Tayvanı qaytara bilər.
7Times.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) analitikləri yazıb.
Qeyd olunub ki, öncə Pekin karantin elan edəcək və “boz zona” taktikasından istifadə edərək adanın limanlarına girişi qismən və ya tamamilə bloklayacaq. Bunun üçün Çin lazımi resurslara, yəni dünyanın ən böyük sahil mühafizə donanmasına malikdir.
Eyni zamanda, bu blokada və ya müharibə aktı sayılmayacaq və başqa ölkələr müdaxilə etməyə cəhd etsə, Pekin həmin ölkələri hərbi əməliyyatların təşəbbüskarı kimi qiymətləndirəcək.
Digər variant isə Tayvana raket hücumları və adanın ətrafını minalamaqdır. Lakin Çin bu kimi halların beynəlxalq arenada nüfuzuna zərər vuracağından ehtiyat edir. Amma, hər cür ssenari diqqət mərkəzindədir.