Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Qol.az-ın xəbərinə görə, milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşıb və ipponla məğlub olub.
O, üçüncü yer uğrunda yarışacaq. İdmançımızın rəqibi çinli Hu Şinyan olacaq.
İ.Kindzerska cudo yarışlarında sonuncu təmslçimizdir.
Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib.