Sosial

Cümşüd Nuriyevdən Qeytsə reaksiya: “Bu, pandemiya deyil, plandemiyadır”

Cümşüd Nuriyevdən Qeytsə reaksiya: “Bu, pandemiya deyil, plandemiyadır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Burada məsələ tək tibb sahəsində yenilikləri gündəmə gətirməkdən ibarət deyil, bununla həm əhalinin sayının azalmasına nail olmağa çalışır, həm də insanları yeni viruslara yoluxdurmaqla tədqiqatlar aparırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev “Microsoft” şirkətinin rəhbəri Bill Qeytsin 2022-ci iln yayında COVİD-19-un artıq qrip kimi mövsümü xəstəliyə çevriləcəyilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
“Bill Geyts çoxdandır özünə aid olmayan bu kimi məsələlərə qarışır. Onun əsas məqsədi əhali artımnın qarşısını almaq üçün Afrikada sterlizasiyanı həyata keçirməkdən ibarətdir. Görünən odur ki, artıq iki ilə yaxındır davam edən bu vəziyyət pandemiya deyil, plandemiyadır və əvvəlcədən planlaşdırılıb. Məqsəd isə burada tək tibb sahəsində yenilikləri gündəmə gətirmək deyil, bir tərəfdən, bununla həm əhalinin sayının azalmasına nail olmaq, digər tərəfdən isə insanları yeni viruslara yoluxdurmaq üçün tədqiqatlar aparırlar. Bill Qeyts bu işlərə qarışmamalı olduğu halda, təəssüf ki, o, artıq bu istiqamətdə “mütəxəssisə” çevrilib. Əslində, Qeytsi danışdırırlar. Kimin danışdırdığı da aydındır – bunlar ABŞ-da dərman biznesilə məşğul olan qüvvələrdir”.