Ölkə

D8 təşkilatı Azərbaycan üçün yeni bazarlar VƏD EDİR

D8 təşkilatı Azərbaycan üçün yeni bazarlar VƏD EDİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Misirin paytaxtı Qahirədə 8 ölkınin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatının(D8) tədbiri keçirilib.Tədbirdə Azərbaycan yekdilliklə təşkilatın üzvü seçilib.

 

Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsidir.

 

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir.

 

Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü, şübhəsiz ki, Prezident İlham Əliyevin  uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, D8-ə üzvlük Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

 

“Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir”.

 

Deputat vurğulayıb ki, Təşkilata üzvlük Azərbaycan üçün yeni bazarlara çıxış imkanı verir:

 

 

“Təşkilatın inkişaf edən və böyük bazarları əhatə etdiyini, eyni zamanda Azərbaycanın qeyri-neft sektoru sahəsində əməkdaşlığında maraqlı olmasını nəzərə almaq lazımdır. Bu istiqamətdə Azərbaycan daha çox məhsulları həmin ölkələrə və dünya bazarına çıxarmağa çalışır. Təbii ki, ixrac bazarının diverfikisasiyası baxımından D8-ə üzvlük çox vacibdir. Digər tərəfdən isə bu həm nəqliyyat, həm də logistika sahəsində əməkdaşlıq imkanlarını gücləndirəcək. Çünki Orta Dəhlizin genişlənməsi, həm də yeni dəhliz koridorlarının istifadəyə verilməsi, eyni zamanda “Qərb-Şərq”, “Şimal-Cənub” və digər istiqamətlərdə nəqliyyat dəhlizlərinin inkişaf etməsi, daha artıq yüklərin daşınması ilə bağlı aprılan müzakirələr diqqətə alınmalıdır. Bu, Azərbaycana imkan verir ki, nəqliyyat dəhlizlərində daha yaxından iştirak və beynəlxalq yük daşımlarında daha çox gəlir əldə etsin. Eyni zamanda bu, daha sərfəli və qısa müddətdə öz məhsullarını fərqli bazarlara çıxarmaq imkanı deməkdir”.