Siyasət

Daha bir ştatda Xocalı soyqırımı ilə bağlı BƏYANNAMƏ

Daha bir ştatda Xocalı soyqırımı ilə bağlı BƏYANNAMƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının Holondeyl Biç şəhər meri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən 7times.az-a verilən məlumata görə, bəyannaməyə əsasən, Xocalı soyqırımının 29-cu ilində soyqırım qurbanlarının xatirəsi yad ediləcək.

Belə bir bəyannamənin qəbul edilməsi Florida Azərbaycan İcmasının və Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının mühüm səyləri nəticəsində mümkün olub.

Bu il Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun uğuru sayılır.