“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “Hürriyyet” məlumat yayıb.
Mənbəyə görə, misirli hücumçu “Qalatasaray”ın maraq dairəsindədir. İstanbul nəhənginin prezidenti Dursun Özbek keçidin reallaşmasında yaxından iştirak edir.
Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Salah 367 oyunda 223 qol vurub. Onun klubla olan müqaviləsi yanvarın 1-də başa çatır.
Follow @7timesaz