Münaqişə

Qubadlı uğrunda gedən ən ağır döyüşlərdə yaralanan qazimizi TANIYAQ

Qubadlı uğrunda gedən ən ağır döyüşlərdə yaralanan qazimizi TANIYAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsi qazisi Arzumanov Cavid Seyfəddin oğlu, 22 sentyabr 1990-cı ildə Xaçmaz şəhər H.Aslanov k-də doğulub. Cavid Arzumanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

7times.az xəbər verir ki, o könüllü olaraq döyüşlərə qatılıb.

Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Noyabrın 3-də  Qubadlı uğrunda gedən ən ağır döyüşlərdə çiyin nahiyyəsindən yaralanıb.

Hal-hazırda Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicəsini davam etdirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə qazi Cavid Arzumanov “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Müşfiq Qərib

7times.az