Cəmiyyət

Daşqın Gülməmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Prezidenti seçildi – FOTOLAR

Daşqın Gülməmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Prezidenti seçildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaın Kiyev şəhərində, 17 mart tarixində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) növbədənkənar VIII Qurultayı baş tutub. COVİD19 pandemiyası ilə əlaqədar və Ukrayna Nazirlər Kabinetinin 17 fevral 2021-ci il tarixli 104 nömrəli “Nazirlər Kabinetinin bəzi aktlarında dəyişikliklər edilməsi barədə” qərarına uyğun olar Qurultay onlayn rejimdə keçirilib. Qurultayda, seçki ilə müəyyən edimiş 49 nümayəndənin 46 nəfəri iştirak edib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi Niqara Xamrayeva bildirib.

7times.az-ın məlumatına görə, qurultay Ukraynanın “Bəzi qanunvericilik aktları və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi və
inzibati islahatların aparılması” haqqında qanununa əsasən Ukrayna Qarapapaq Türkləri Milli Şurasında sturuktur islahatı aparılmasına və Ukrayna Ali Radası tərfindən dəiyişiklər edilmiş Ukrayna “İctimai birliklər” haqqında qanununa uyğun olaraq yeni Nizamnamə qəbul edilməsini təsdiq edib. Qurultayın qərarı ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasında Prezident və Vitse-prezident vəzifələri təsis olunub, əsas ali qərarverici orqan olan Rəyasət Heyətinin adı dəyişdirlilərək, geniş səlahiyyətli Məclis təsis edilib. Ümumi olaraq Qurultaynda 5 məsləyə baxılıb.
Səsvermə nəticəsində Daşqın Gülməmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Prezidenti, Sergey Hnatiyuk isə Vitse-prezidenti seçiliblər.

Qurultayda 21 nəfər tərkibdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Məclisi seçilib və səlahiyyətləri təsdiq olunub.

Ukrana Qarapapaq Türkləri Milli Şurasınının Məclisinə bu şəxslər seçilib:

Vilayət Xəlilov
Fərhad Turanlı
Əsgər Cavadov
Natalya Günko
Oksana Singayevskaya
İrina İbrahimova
Mansur Budaqov
Roman Dünyamalıyev
Diana Şakirova
Niqara Xamrayeva
Olena Kotruça
Tahir Həsənov
Mariya Efimenko
Kseniya Zarkua
Samir Əhmədov
Ludmila Qusarova
Rüstəm Gülməmmədov
Ceyhun Həsənov
Elena Bryuxanova
Svetlana Obmanyuk
Kamran Güləhmədov

Qurultayda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Mərkəzi Nəzarət paltası aşağıdakı tərkibdə seçilib və səlahiyyətləri təsdiq edilib:
Avram Əliyev
Dmitri Qardaşov
Neymət Güləhmədov
Pünhan İsmayılov
Qabil Mirzəliyev.

Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə Daşqın Gülməmmədovun təşəbbüsü ilə yardılıb. 6 may 2014-cü ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən Ümumukrayna ictimai birliyi statusunda dövlət qeydiyyatına alınıb. Mərkəzi-mənzil Qərargahı Vinnitsa şəhərində yerləşir.

Hazırda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukraynada fəaliyyət göstərən ən böyük türkdilli və etnik azlıqlara məxsus, mərkəzləşdirilmiş sturuktura malik təşkilatlardan biridir. UQTMŞ-nın 24 vilayət təşkilatı mövcuddur.