Gündəm

“Deputatlar bunu Milli Məclisdə müzakirə etməlidirlər”

“Deputatlar bunu Milli Məclisdə müzakirə etməlidirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Millət vəkilimiz Novruz Aslana və Tahir Kərimliyə təklif etdim ki, Milli Məclisdə ailə həyatına hazırlıq müzakirə edilsin. Universitetdə bununla bağlı dərs verilsin. Məktəbdə, unviersiyetdə bütün fənlər var. Bir ailə həyatına hazırlıq olsun. Oğlanlarımız, qızlarımız var ki, təhsilli, gözəl, yüksək balla unviersitetə qəbul olurlar. Amma ailə həyatı nədir bilmirlər”.

Axşam.az xəbər verir ki, bu sözləri qiraətçi Pünhan İsmayıl “Səhər mərkəzi” verilişində deyib. Şair bildirib ki, universitetdə ailə həyatına hazırlıq dərsləri keçirilməlidir:

“Çinlilər körpə uşaqları orta məktəbdə otuzdururlar. Onlara göstərirlər ki, valideynlər əziyyətlə qazanır, baxın, itirməyin. Bizdə də olsun bu. Ərlə danışıq, mətbəx, öxladla danışıq mədəniyyəti olmalıdır. Hər şey mətbəx mədəniyyətindən başlayır. Ər 3 kiloqram ət alır, arvad 2 kiloqramını atır, deyir, xarab olur. Novruz Aslana və Tahir Kərimliyə təklif etmişəm ki, Milli Məclisdə bunları irəli sürsünlər. Niyə övladlar boşansın ki? Bütün parametrlər düz gəlir, bircə ərlə danışıq qabiliyyəti yoxdur. Bəy xanıma lazımi qaydada müraciət etmir”.