Sağlamlıq

Dəri çatlamasının izini yox edəcək – TƏBİİ VASİTƏLƏR

Dəri çatlamasının izini yox edəcək – TƏBİİ VASİTƏLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəridəki çat izləri qadınların ən böyük kabusudur. Yemək vərdişləri, genetik faktorlar, çəki artımı və hamiləlik kimi faktorlar bədəndə çatlaqlara səbəb ola bilər. Çatlaqları mümkün qədər tez müalicə etmək lazımdır.

Beldə, ayaqlarda, qollarda və qarın nahiyəsində çatların pis görünüşü xüsusilə, yay aylarında narahatedici olur. Çatlaqlar əlehinə müxtəlif kremlər olsa da, bu vasitələr tam effektiv olmur.

 

Dəridəki çatların yaranma səbəbləri:

  • Dəridə çatların yaranmasının ən çox rast gəlinən səbəbi hamiləlikdir. Hamiləlik dövründə meydana gələn çəki artımı və ödemdən əlavə, qarın və döşlərdəki böyümə dərinin uzanmasına və nəticədə çatlamasına səbəb ola bilər. Bu dövrdə əmələ gələn çatlar striae gravidarum kimi müəyyən edilir.
  • Hamiləliklə yanaşı, əzələ kütləsində ani artıma səbəb olan artıq çəki almaq və itirmək də dəri çatlamasına səbəb ola bilər. Piylənmə problemi olan insanlarda dəri çatlama ehtimalı təxminən 40% artır.
  • Yeniyetməlik dövründə əzələ quruluşunun inkişafı da dəri çatlarının əmələ gəlməsinə səbəb ola bilər.
  • Dəridə çatlaqlara səbəb olan amillərdən biri də orqanizmdə hormonal dəyişikliklərdir.
  • Bütün bunlara əlavə olaraq istifadə edilən bəzi dərmanlar bədəndə çatlaqlara səbəb ola bilər. Xüsusilə bəzi xəstəliklərin müalicəsində istifadə edilən kortizon elastin və kollagen liflərinin məhvinə səbəb ola bilər.
  • Dəri çatları bəzən heç bir səbəb olmadan da yarana bilər. Bu tip bədən çatlaması idiopatik çat kimi müəyyən edilir. Bədənin uzanma işarələri bədənin demək olar ki, hər hansı bir hissəsində baş verə bilər. Ancaq daha çox döş, qarın, kürək, omba, ayaqlar və yuxarı qolun daxili hissələrində baş verir. Qadınlarda omba, ayaq və döşlərdə, kişilərdə isə qol, bel və omba nahiyələrində tez-tez rast gəlinir.

Dəridəki çatları müalicə edilən qarışımlar:

1 xörək qaşığı badam yağı

1 xörək qaşığı ərik yağı

2 xörək qaşığı limon suyu

2 xörək qaşığı dənəvər şəkər

Bütün maddələri homojen bir tutarlılığa çatana qədər dərin bir qabda qarışdırın. Sonra vanna qəbul etməzdən düz 30 dəqiqə əvvəl çatlamış yerləri masaj edin.

10 dəqiqədən sonra yuya bilərsiniz.

Ayda 3 dəfə mütəmadi olaraq tətbiq etdikdə qısa müddətdə çatların yox olduğunu görəcəksiniz.

Kakao yağı

Dəridəki çat izlərindən xilas olmaq istəyirsinizsə, tətbiq edə biləcəyiniz başqa bir üsul orqanik kakao yağıdır. Gündə iki dəfə çatlamış nahiyəni kakao yağı ilə masaj edin. Şi yağı ilə də eyni şeyi edə bilərsiniz.

At tükü fırçası ilə masaj

Quru fırçalama qan və limfa dövranını stimullaşdırır. Həmçinin orqanizmdəki toksinləri daha asan aradan qaldırmağa kömək edir. Quru fırçalama yağ və tər vəzilərinin funksionallığını artırır və ölü dəri hüceyrələrini təmizləyir. Bu sizə hamar, yumşaq və ləkəsiz dəri verir.

Bu addım üçün bədən fırçasına ehtiyacınız olacaq. İstifadə etdiyiniz fırçanın tüklərinin yumşaq və təbii olmasına diqqət edin. Təsirə məruz qalan ərazini dairəvi yuxarı hərəkətlərlə quru bir fırça ilə yumşaq bir şəkildə fırçalayın.

5-6 dəqiqə fırçalamağa davam edin. Duş qəbul edin və yaxşı nəmləndirici tətbiq edin. Duş qəbul etməzdən əvvəl bunu hər gün təkrarlayın.