Sosial

DİN-dən qardaşı arvadını ölümlə hədələyən şəxslə bağlı daha bir – AÇIQLAMA

DİN-dən qardaşı arvadını ölümlə hədələyən şəxslə bağlı daha bir – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda qaynı arvadını döyən və ölümlə hədələyən şəxs polis şöbəsinə dəvət olunub və izahatı alınıb.

Bu barədə 7times.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Bildirilib ki, Rayon Polis Şöbəsində araşdırma aparılır:

“Qadının “102” Xidməti Zəng Mərkəzinə etmiş olduğu müraciəti ilə əlaqədar İ.Məmmədov Polis Şöbəsinə dəvət olunub və izahatı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir və ekspertizanın da rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, dünən iki uşaq anası olan qadının döyülməsi və ölümlə hədələnməsi ilə bağlı vəkil Rövşanə Rəhimli məlumat yaymışdı. İsmayıllı Rayon Polis Şöbəsində araşdırma başlanılmış və X.M.-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunmuşdu.