Ölkə

DİN-dən qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə MÜRACİƏT

DİN-dən qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə MÜRACİƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi müraciət yayıb.

Nazirlikdən verilən məlumata görə, mürciətdə deyilir:

“Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə – fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik”.