Dünya

“Donald Trampın səhhəti çox yaxşıdır” Ağ Ev

“Donald Trampın səhhəti çox yaxşıdır” – Ağ Evbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın “enerjisinin azaldığı” barədə yayılan iddialara Ağ Evdən cavab verilib.

Rəsmi açıqlamada Trampın səhhətinin çox yaxşı olduğu bildirilib və onun son test nəticələri barədə məlumat paylaşılıb.

“New York Times” qəzetinin 79 yaşlı Trampın birinci prezidentlik dönəmi ilə hazırkı fəaliyyəti arasında apardığı müqayisə ABŞ ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu. Nəşrin məlumatına görə, Tramp bu il əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz daha az ictimaiyyət qarşısına çıxıb və Oval kabinetdə iş gününə daha gec başlayıb.

Qəzet həmçinin Trampın daha çox beynəlxalq səfərə çıxdığını və tibbi müayinələrinin yaxşı olduğunu qeyd etsə də, dövlət başçısının “yaşa bağlı olaraq enerjisinin azaldığını” iddia etmişdi.